"Bakı"dan qazanılan 1 xal "Sumqayıt"a mükafat qazandırdı

00:26 - 8 Mart 2014

Futbolçular ardıcıl iki həftə mükafatlandırıldı
 
Premyer Liqanın hesabat rurunda "Sumqayıt" səfərdə "Bakı" ilə qolsuz heç-heçəyə razılaşmışdı.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, səfərdə qazanılan bir xala görə "Sumqayıt" rəhbərliyi futbolçulara pul mükafatı paylayıb.
 
Belə ki, bu qarşılaşmaya görə meydanda olan futbolçulara 500 AZAN verilib, ehtiyyat slkamyasında əyləşənlər isə bu məbləğin yarısına sahib çıxıblar.
 
Qeyd edək ki, futbolçular keçən həftə də "Neftçi" qalibiyyətnə görə də pul mükafatı almışdılar.

Xəbər xətti