Baş məşqçi azarkeşlərə müraciət etdi

01:03 - 8 Mart 2014

David Moyes söz verdi
 
Bu mövsüm uğursuz çıxışı ilə seçilən "Mançester Yunayted"in baş məşqçisi David Moyes klubun azarkeşlərinə müraciət edib.
 
Sportal.az xəbər verir ki, şotlandiyalı mütəxəssis müraciətində çətin bir dönəm keçirdikləri vaxtda onlara dəstək olan azarkeşlərə təşəkkürünü bildirib. Moyes yeni mövsümdən böyük uğurlar əldə edəcəkləri barədə azarkeşlərə söz verib:
 
"Komanda qalib gəldiyi vaxt onu dəstəkləmək çox asandır. "MY" azarkeşləri ən çətin anlarımızda belə bizi tək qoymadı. Buna görə də sizə təşəkkürümü bildirirəm. Yenidən böyük uğurlar əldə edən komanda olacağımıza söz verirəm".

Xəbər xətti