Subaşiçin dublu komandasına qələbə qazandırdı

01:00 - 9 Mart 2014

"Dənizlispor" məğlub oldu
 
Milli komandamızın sabiq hücuçusu Branimir Subaşiçin formasını geyindiyi "Orduspor" öz meydanında "Dənizlispor"la qarşılaşıb.
 
Sportal.az xəbər verir ki, milliləşdirilmiş serb forvardın əsas heyətdə meydana çıxdığı matç Ordu klubunun böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
 
Bu matçda Subaşiç də qol vurub. Belə ki, millimizin üzvü matçda qol pərdəsini açıq elan edən qolu matçın 41-ci dəqiqəsində vurub. Bundan sonra 65-ci dəqiqədə Aygun, 75-də isə yenidən Subaşiç fərqlənib. 

Xəbər xətti