Syomin: "Etibarımı itirmək kimi qorxum yoxdur"

16:22 - 9 Mart 2014

"Neftçi" və "Qarabağ" kimi güclü rəqiblərlə isə alınmır"
 
“Bu cür gərgin oyunlarda bəsit səhvlərə çox yol veririk. Hesabda geri düşdükdən sonra isə oyunu bərabərləşdirməyə çalışırıq. Daha zəif komandalarla oyunlarda bu alınır, “Neftçi” və “Qarabağ” kimi güclü rəqiblərlə isə alınmır".
 
Sportal.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Yuri Syomin "Neftçi" ilə matçdan sonra dilə gətirib. Rusiyalı mütəxəssis komandasının qış fasiləsindən sonra zəif çıxışına da toxunub:
 
"Komandanın ikinci dövrədə zəif çıxış etməsində ümumi problemlər var. Turnir cədvəlində yüksək yerlərdəyik, yeni transferlərin komandaya uyğunlaşması üçün vaxt lazımdır. Möcüzə birdən baş vermir, səbrli olmaq lazımdır. Etibarımı itirmək kimi qorxum yoxdur. Komandanın keçən və bu mövsümdə hansı mövqelərdə olduğunu müqayisə edin. İrəliləyiş var, ya yox?”.

Xəbər xətti