"İlk qoldan sonra "Bakı" parça-parça oldu"

00:01 - 10 Mart 2014

Elvin Məmmədov: "Əgər bu xalları itirməsəydik, indi rahat ikinci sırada ola bilərdik"
 
"Oyuna yaxşı başladıq, əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Rəqib həqiqətən yaxşı oynadı, layiqli qələbə qazandı. İlk hissədə hər şey bitdi, 3:0-dan sonra geri dönüş etmək çox çətin idi". 
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Bakı"nın yarımmüdafiəçisi Elvin Məmmədov "Qarabağ"la oyundan sonra bildiirb. O, üç gün sonra kubokda qarşılaşacaqları "Rəvan" haqqında da öz fikirlərini açıqlayıb:
 
"Komanda bir qol buraxdıqdan sonra parça-parça oldu, sonra da toparlanmaq çətin oldu. Son oyunlarda çoxlu xallar itirdik, əgər bu xalları itirməsəydik, indi, ikinci sırada ola bilərdik. "Rəvan"la oyun çətin olacaq, rəqibimiz son oyunlarda yaxşı nəticə göstərir. İlk oyunumuz evdə olacaq, Bu oyunda maksimum nəticə toplayıb səfərə yaxşı nəticə ilə yollanmaq istəyirik"

Xəbər xətti