"Qəbələ"də "Bakı" ilə matçöncəsi ciddi itki

12:32 - 10 Mart 2014

Valentiç cəzalı duruma düşdü
 
"Qəbələ"nin futbolçusu Nikola Valentiç növbəti turda komandasına kömək edə bilməyəcək.
 
Sportal.az xəbər verir ki, buna səbəb müdafiəçinin cəzalı olmasıdı.
 
Belə ki, legioner sarı vərəqə limitini doldurub. "Neftçi" ilə qarşılaşmada 4-cü sarı vərəqəsini alan Valentiç 26-cı turda keçiriləcək "Bakı" ilə oyunu buraxmalı olacaq.

Xəbər xətti