"Əsgər Abdullayevin inamını puç etməyəcəyik"

13:43 - 10 Mart 2014

Əziz Hüseynzadə: "Çalışacağıq ki, ilk görüşdə bizə sərf edən nəticə əldə edək"

 

Qış transfer pəncərəsi"ndə "Araz-Naxçıvan" PFK-nın heyətinə cəlb edilən gənc futbolçu Əziz Hüseynov komandanın rəsmi saytına maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi kubokda qarşılaşacaqları "Xəzər Lənkəran" matçı haqqında da öz fikirlərini bildirib:.

 

"2 gün sonra "Xəzər Lənkəran"la qarşılaşacağıq. Çalışacağıq ki, ilk görüşdə bizə sərf edən nəticə əldə edək və ayın 19-da Lənkəranda keçiriləcək matça rahat yollanaq. Baş məşqçimiz Əsgər Abdullayev biz futbolçulara inanır və güvənir. İnşallah? baş məşqçimizin inamını puç etməyəcəyik və bütün "Araz-Naxçıvan" sevənləri sevindirəcəyik". 

Xəbər xətti