Hafiz Əliyev: "Bu xəbər mənim özümə də gülməli gəldi"

14:16 - 10 Mart 2014

"Orxanla aramda heç bir mübahisə baş verməyib"
 
 "Rəvan" - "Xəzər Lənkəran" (2:1) matçından sonra mətbuatda qonaqların gənc qapıçısı Orxan Sadıqlının məşqçisi Hafiz Əliyevlə mübahisə etməsi, hətta, qolkiperin məşqçisinə kəllə vurmaq istədiyi barədə məlumatlar yaılıb və bundan sonra da Əliyevin rəhbərliyə tələbəsi haqqında irad bildirdiyi xəbərlər də yayılmışdı.
 
Məsələni aydınlaşdırmaq üçün cənub lubunun məşqçisi Hafiz Əliyevlə əlaqə saxladıq və o, Sportal.az-a açıqlamasında bunarı dilə gətirib:
 
"Bu xəbəri ilk dəfəsizdən eşidirəm. Oyundan sonra Orxanla aramda heç bir mübahisə olmayıb. Sizcə, belə bir şey necə ola bilər axı ?  Bu xəbər mənim özümə də gülməli gəldi".

Xəbər xətti