Tomas Müller: "Arsenal"la oyunda ilk dəqiqələrdən topa nəzarəti ələ keçirməliyik"

10:57 - 11 Mart 2014

Alman futbolçu "rahatlaşmaq olmaz" deyir

 

“Bavariya”nın aparıcı futbolçularıdan olan Tomas Müller Çempionlar Liqasının 1/8 final mərhələsində “Arsenal”a qarşı keçiriləcək cavab matçı barədə danışıb:

 

“İlk oyunda yaxşı nəticə qazanmışıq. Cavab oyununu da yüksək səviyyədə keçirib 1/4 final mərhələsinə adlamaq istəyirik.

 

Belə vəziyyətlərdə rahatlaşmaq olmaz, artıq biz belə dərs almışıq. Ona görə də “Arsenal”la oyunda ilk dəqiqələrdən topa nəzarəti ələ keçirməliyik”.

 

Qeyd edək ki, Londonda keçirilən ilk oyun “Bavariya”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Cavab matçı martın 11-də keçiriləcək. 

Xəbər xətti