"Qarabağ" məşq edib yola düşəcək

12:00 - 11 Mart 2014

Komanda hazırlıqlarını davam etdirir
 
Azərbaycan kubokunun 1/4 finalında "Qəbələ"nin qonağı olacaq "Qarabağ" bu oyunun hazırlıqlarını davam etdirir.
 
Sportal.az xəbər verir ki, komanda bu gün yeganə çalışma gerçəkləşdirib Qəbələyə yollanacaq.
 
Qeyd edək ki, kubokun ilk görüşü sabah, Qəbələ şəhər stadionunda saat 14:30-da keçiriləcək. Cavab qarşılaşması isə martın 19-da baş tutacaq.

Xəbər xətti