"Araz Naxçıvan" "Xəzər Lənkəran"a qarşı bombardirindən istifadə edə bilməyəcək

13:18 - 11 Mart 2014

Janalidze bu oyunu buraxmalı olacaq
 
Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Araz Naxçıvan" "Xəzər Lənkəran"la üz-üzə gələcək. 
 
Sportal.az xəbər verir ki, bu qarşılaşmaya Naxçıvan klubu itki ilə çıxacaq. Belə ki, Əsgər Abdullayev 12 qolla I Divizionun bombardirlər siyahısında yer alan David Janalidzenin xidmətindən yararlana bilməyəcək. Buna səbəb, Janalidezenin digər iki mərhələdə iki sarı vərəqə almasıdı.  
 
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Xəzər Lənkəran" matçı martın 12-i Naxçıvan Muxtar Respublika Stadionunda oynanılacaq. 

Xəbər xətti