Çempionlar Liqası: "Atletiko" və "Bavariya" 1/4 finalda

01:37 - 12 Mart 2014

"Milan" darmadağın oldu
 
Bu axşam Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
 
Sportal.az xəbər verir ki, ilk oyun gününə iki qarşılaşma nəzərdə tutulub.
 
 "Bavariya" is ə doğma meydanda "Arsenal"la üz-üzə gələcək. İlk görüşdə Londonda 2:0 hesabı ilə qələbə qazanan Pep Qvardiolanın komandasının 1/4 finala adlamaq şansı daha yüksəkdir. Lakin "Arsenal"ın bu görüşdə asanlıqla təslim olmayacağı gözlənilir.
 
"Atletiko" (Madrid) klubu öz meydanında "Milan"ı sınağa çəkəcək. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Madrid təmsilçisini bu görüşdə məğlubiyyətdən başqa istənilən nəticə qane edir.
 
11 mart
 
23:45. "Atletiko" (Madrid, İspaniya) - "Milan" (İtaliya) 4:1
Qollar: Dieqo Kosta.4,85, Arda turan,39, Raul Qarsiya,71 - Kaka,27
İlk oyun : 1 - 0
 
23:45. "Bavariya" (Almaniya) - "Arsenal" (İngiltərə)  1:1
Qollar: Şvanştayqer,54 - Podolski,56
İlk oyun:  2-0

Xəbər xətti