"Barselona" baş məşqçisi ilə yollarını ayırır

00:35 - 12 Mart 2014

Martino mövsümün sonunda komandanı tərk edir
 
"Barselona"nın baş məqşçisi Xerardo Martino mövsümün sonunda komandanı tərk edəcək.
 
Sportal.az xəbər verir ki, belə bir iddia ilə İspaniya mətbuatı çıxış edib.
 
Rəhbərlik argentinalı mütəxəssisə inamının itdiyini bildirib. Belə olan halda tərəflər 2015-ci ilin yayında başa çatan müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə danışıqlara başlayacaqlar.
 
Hazırda "Barselona" 63 xalla turnir cədvəlinin 3-cü pilləsindədi.

Xəbər xətti