Azərbaycan kubokunda 1/4 final həyacanı: Meydan sahibləri qələbə üzünə həsrət qaldı YENİLƏNİB

20:49 - 12 Mart 2014

"Araz Naxçıvan" daha bir sensasiya edə biləcəkmi?
 
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutacaq. Günün ilk qarşılaşmasında Premyer Liqanın turnir cədvəlində qonşu pillələrdə yerləşən "Qəbələ" və "Qarabağ" növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq. "Rəvan" "Bayıl Arena"da "Bakı"yla üz-üzə gələcək. Bu qarşılaşma ilə eyni saatda "Araz Naxçıvan" - "Xəzər Lənkəran" görüşü start götürəcək. Mərhələnin son oyununda iki paytaxt təmsilçisi - "İnter" və "Neftçi" münasibətlərinə aydınlıq gətirəcək.
 
Qeyd edək ki, cavab oyunları martın 19-da keçiriləcək.
 
Azərbaycan Kuboku
1/4 final (ilk oyunlar)
 
12 mart (çərşənbə)
 
14:30. “Qəbələ” – “Qarabağ” 0:0 
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
Qəbələ şəhər stadionu.
 
15:00. “Rəvan” – “Bakı” 0:1
Qol: Cavid Hüseynov,28
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov.
Bakı. “Bayıl Arena”.
 
15:00. “Araz Naxçıvan” – “Xəzər Lənkəran”   1:1
Qollar: Tərlan Xəlilov,90 - Alvaro Silva,73
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.
Naxçıvan Muxtar Respublika stadionu.
 
19:00. “İnter” – “Neftçi” 1:1 
Qollar: Vaqif Cavadov,85 - Bahodır Nasimov, 51
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Əhmədov Ramil.
Bakı. “Şəfa” stadionu. 

Xəbər xətti