"Barselona"nın baş məşqçisi: "Bizə rəqib ola biləcək ən güclü komandanı mübarizədən kənarlaşdırdıq"

11:10 - 13 Mart 2014

"Siti" topla oynamağı xoşlayan komandadı və belə rəqiblərə bu şansı vermək olmaz

 

Çempionlar Liqasında “Mançester Siti”ni mübarizədən kənarlaşdıran “Barselona”nın baş məşqçisi Xerardo Martino dünən keçirilən matçdan sonra təəssüratlarını bölüşüb:

 

“Son həftə bizim üçün çox çətin keçdi. Bizə rəqib ola biləcək ən güclü komandanı mübarizədən kənarlaşdırdıq. Onlar mərhələ keçməyə qadir idilər.

 

Bəzi anlarda topa nəzarəti ələ keçirməyi bacarırdıq. Lakin oyun ərzində elə zaman kəsikləri oldu ki, rəqib bizə çətin anlar yaşatdı. Aydın idi ki, rəqibimiz bütün gücünü ortaya qoyacaq.

 

“Siti” topla oynamağı xoşlayan komandadı və belə rəqiblərə bu şansı vermək olmaz. Ona görə də, qarşımıza oyun qurmağı yaxşı bacaran komandalar çıxanda, onları topsuz qoymağa çalışırıq”.

 

Qeyd edək ki, “Barselona” səfərdə 2:0, evdə isə 2:1 hesabı ilə qələbə qazanıb. 

Xəbər xətti