Lionel Messi: "Azarkeşlər nəhayət arzusunda olduğu "Barselona"nı gördülər"

11:20 - 13 Mart 2014

"Bilirdik ki, ilk növbədə qol vurub rəqibi sakitləşdirmək lazımdır"

 

“Barselona”nın hücumçusu Lionel  Messi Çempionlar Liqasında “Mançester Siti” üzərində 2:1 hesablı qələbədən sonra oyuna şərh verib:

 

“Bilirdik ki, ilk növbədə qol vurub rəqibi sakitləşdirmək lazımdır. Çünki İngiltərə klubunun heyətində kifayət qədər güclü futbolçular var. Düzdü, “Siti” oyunun sonlarında qol vura bildi. Ancaq o vaxta qədər artıq hər şey həll olunmuşdu.

 

Biz mükəmməl futbol oynadıq. Azarkeşlər nəhayət arzusunda olduğu “Barselona”nı gördülər. Biz ciddi rəqibi Çempionlar Liqasından kənarlaşdırdıq”. 

Xəbər xətti