"... Orxan Məmmədovdan hakim çıxmaz" MÜSAHİBƏ

13:32 - 13 Mart 2014

Güvənc Kurtar: "Bu cür hallar futbolun gözəlliyinə xələl gətirir"
 
“Rəvan”ın baş məşqçisi Güvənc Kurtarın Spotal.az-a müsahibəsi
 
- “Bakı”ya nədə məğlub oldunuz?
- Onlar düşən imkandan yararlandılar. Rəqib bir qol vurub ehtiyatlı oynamağa başladı. Xüsusiylə də “Bakı” müdafiəyə çəkilərək oyunu əks-hücumlarda qurdu. Onları da başa düşmək olar səfərdə bir top vurmaq rəqibə üstünlük qazandırır. Ancaq kubok iki oyundan ibarətdir. Ona görə də indidən növbəti mərhələyə hansı komandanın vəsiqə qazanacağını söyləmək çətindi. Kubokda mübarizəmizi davam etdirmək şansımız var.
 
- “Bakı”nın qapısına verilməyən penalti epizoduna necə şərh verərdiniz.
- Həmin epizodda yüz faiz penalti vardı. Hakim böyük səhvə yol verdi. Bu cür hallar futbolun gözəlliyinə xələl gətirir. Hakim o epizodda penalti nöqtəsini göstərməliydə. Niyə vermədi artıq bunu deyə bilmərəm. Ola bilsin ki, hardasa çəkindi.
 
- Bəzən hakim səhvi nəticəyə təsir edir. Bunun günahını kimdə görürsünüz?
- Bunun qarşısı vaxtında alınmılıdı. Hakim də insandı o da səhv edə bilər. Bu cür halların tez-tez baş verməsi futbolun xeyrinə yox, ziyanına işləyir. Bu oyunu idarə edən hakim gənc idi. Ola bilsin ki, penalti verməyə çəkindi. O, epizoda yenidən baxsa penaltinin olduğunu görəcək. Əgər bundan da nəticə çıxarmayıb, yenidən səhv edəcəksə deməli, ondan hakim çıxmayacaq.
 
- Bu cütlükdə şansları necə dəyərləndirirsiniz? 
- Əlbəttə ki, “Bakı” ikinci oyuna üstün çıxacaq. Ancaq biz də təslim olmaq fikrində deyilik. Zədədə olan futbolçularımız var. Onlar da kubokun cavab oyununa qədər hazıq olacaqlar. Dmitri Kruqlov ilə Kamil Kopunek komandaya yeni qoşuldu. Digər futbolçularımız da tam formaya düşəndən sonra “Bakı” qarşısına optimal heyətlə çəxacağıq. İlk oyunda “Bakı”ya məğlub olsaq da kubokda mübarizəni davam etdirmək şansımız qalır.
 
- Mövsümün gedişində yeni oyunçuların gətirilməsi nəyə xidmət edir?
- Əslində biz onları kubok oyunlarına kömək üçün gətirmişik. Həmin futbolçular özlərini yaxşı tərəfdən göstərsələr komandada qalacaqlar. Əgər qismət olarsa, “Rəvan”da qalıb işləyərəmsə indidən gələcəyin komandasını quracağam. İstənilən heyəti formalaşdıra bilsək, gələcəkdə “Rəvan”la mübarizə aparmaq çoxlarına çətin olacaq. Bir komandanı qurmaq üçün məşqçiyə vaxt verilməlidi. Qısa bir zamanda “Rəvan”a yeni bir oyun üslubu gətirdik. Komanda yavaş-yavaş özünə gəlir. Hələ getdikcə bundan da daha yaxşı oyun göstərəcək. Bir qədər işləməyimiz üçün imkan azdı. Bu satadinoda məşqlər etmək üşün bir saat yarım vaxt ayrılır. Əslində bu vaxt azdı. İsinmə hərəkətlərini yerinə yetirəndən sonra artıq istənilən şəkildə məşqlər və ya taktiki gedişlər üzərində işləməyi vaxt qalmır. Bunula özümü sığortalamaq istəmirəm. Bura gəlmişəm işimlə “Rəvan”a xeyir verim.                              
 
Şahin OĞUZ

Xəbər xətti