"Mustafa Dənizli "Xəzər Lənkəran"ı bizim kimi tanıya bilməz" VİDEO

00:01 - 14 Mart 2014

"Qarabağ"ın ən azından Azərbaycan çempionatında heç kimə ehtiyacı yoxdur"
 
“İnterAz” televiziyasında “Arena” verilişinin növbəti buraxılışı efirə yayımlanıb.
 
Sportal.az xəbər verir ki, Azərbaycanda reytinqli verilişlərin sırasında yer alan “Arena”nın növbəti qonaqları futbol eksperti Elnur Əşrəfoğlu və futbol yazarı Elgiz Abbasov olub. Verilişdə Premyer Liqanın XXV turunda baş verənlər, ölkə kubokunun 1/8 final oyunları barədə müzakirələr aparılıb. Verilişdə həmçinin “Xəzər-Lənkəran”ın çempionatda son oyunlarda vacib xallar itirildiyi diqqətə çatdırlıb. Elgiz Abbasov cənub təmsilçisinin son oyunları ilə bağlı fikir bildirərək bunları dilə gətirib :
“Mustafa Dənizli bizi kimi “Xəzər-Lənkəran”ı tanıya bilməz, biz 10 ildir ki tanıyırıq, o isə 4-5 aydır. Onu da deyək ki, ümumən “Xəzər-Lənkəran” legioner seçimində yanılır”.
Verilişdə həmçinin “QəbəlƏ” – “Neftçi” oyununda yaşananlar da müzakirə mövzusu olub. Bundan əlavə, veriliş ərzində mübahisə epizodlar da göstərilib.
)

Xəbər xətti