"Lion" - "Viktoriya" 4:1 VİDEO

11:20 - 14 Mart 2014

Çexlər erkən qol vurdular, ancaq “Lion”la başabaş oynaya bilmədilər

 

Avropa Liqasının 1/8 final mərhləsi çərçivəsində “Lion” Çexiyanın “Viktoriya” klubu qəbul edib.

 

Sportal.azxəbər verir ki, mərhələnin ilk oyunu fransızlar üşün yaxşı başlamayıb. Artıq 3-cü dəqiqədə Horava qonaqları hesabda irəli çıxarıb. Lakin gözlənilməz qol “Lion”u sarsıtmayıb və 12-ci dəqiqədə Fofana status-kvonu bərpa edib. İkinci hissədə qısa zaman kəsiyində əvvəlcə Lakasett, ardınca isə Mvuemba hesab arasındakı fərqi daha da artırıb. 70-ci dəqiqədə isə Fofamna son nöqtəni qoyub 4:1.

 

“Lion”: Lopeş, Umtiti, Migel Lopeş, Bişevas, Dabo (Kone, 85), Brian, Honalon, Mvuemba, Lakasett (Qomis, 83), Malbrank (Tolisso, 69), Fofana

 

“Viktoriya”: Bolek, Proxazka, Limberski, Qubnik, Çişovski, Petrjela (Djuriş, 81), Horhava, Kovarjik, Horvat (Heyda, 74), Koparj (Bakoş, 70), Tesl  

 

Xəbər xətti