“Fənərbaxça”nın futbolçusu Ruslan Abışovun komanda yoldaşı ola bilər

14:36 - 14 Mart 2014

Miroslav Stok "Rubin"ə keçir
 
Yunanıstan PAOK-unda forma geyinən Miroslav Stok karyerasını “Rubin”də davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, Kazan təmsilçisi slovakiyalı futbolçu ilə danışıqlara başlayıb. Transfer hüququ “Fənərbaxça”ya aid olan yarımmüdafiəçinin “Rubin”ə keçidi 5 milyon avroya başa gələ bilər. Bu transfer baş tutarsa, Miroslav Stok millimizin üzvü Ruslan Abışovla yanaşı kazanlıların şərəfini qoruyacaq.            

Xəbər xətti