Ulduz futbolçu yenə sıradan çıxdı

11:30 - 15 Mart 2014

Aquero yenə zədələndi
 
"Mançester Siti"nin futbolçusu Serxio Aquero yenidən sıradan çıxıb.
 
Sportal.az xəbər verir ki, argentinalı hücumçunun bir neçə həftə futboldan uzaq qalacağı bildirilib.
 
Qeyd edək ki, Aquero Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə cavab qarşılaşmasında zədələnmişdi. O, bundan əvvəl yanvar ayında "Tottenhem"lə matçda zədələnərək uzun müddətlik sıradan çıxmışdı.

Xəbər xətti