Subotiç siqaret məsələsinə aydınlıq gətirdi: "Peşakar futbolçu ictimai yerdə siqaret çəkər?"

14:40 - 15 Mart 2014

"Bunlar məni həvəsdən salmaq üçün edilir"
 
Son günlər mətbuatda "Qəbələ"nin hücumçusu Daniel Subotiçin siqaretlə şəkili yayımışdı. 
 
Məsələni öyrənmək üçün Subotiçlə əlaqə saxladıq və o, Sportal.az-a açıqlamasında bunları dilə gətirib:
 
"Bəli, bu haqda mən eşitdim ki, belə bir şəkil yayılıb. Mən peşəkar futbolçuyam və belə xəbərlərə çox rast gəlmişəm. Mən sizə belə bir sual verim: "Siz deyin, hansı peşəkar futbolçu ictimai yerlərdə siqaret çəkər?.  Xüsusi ilə, siqaret məsələsində çox həssasam, heç vaxt belə addım atmamışam. Şəkili diqqətlə yaxınlaşdırıb baxın, orada siqaret yanmır, sadəcə mən şəkil çəkdirmək üçün belə etmişəm və bu şəkili də məndən icazəsiz oğurlayıblar"
"Belə xəbərlərin yayılması məni həvəsdən salmaq üçün atılan addımdır, mən bu xəbərlərə cavabı meydanda oynayıb vurduğum qollarla verəcəyəm".

Xəbər xətti