Böyükağa Hacıyev: "Hamı ağız dolusu "Qarabağ" deyir, qoy çempion onlar olsunlar"

19:43 - 16 Mart 2014

"Mən də karyeramı kiməsə görə qurban verə bilmərəm"

 

"Desəm ki, maraqlı oyun alndı, düz çxmaz. Görünür ki, komandada baş məşqçi dəyişikliyi komandaya təsir edib. Mənim vaqif Sadıqov böyük hörmətim olub, onunla birlikdə böyümüşük. İndi də həmkarıq. 2:0-dan sonra Bahodır Nasimov sonlarda əlverişli vəziyyətdə topu qapya göndərə bilmədi. Hər topu qol vursan, futbolun gözəlliyi olmaz"

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev bildirib. O, Rəşad Sadiqovun ehtiyyatda olmasna da münasibət bildirib.

 

"Sadiqov özünü yaxş hiss etmir, ona görə bir müddət istirahət vermişik. Bu gün də Mirhüseyn Seyidov onun yoxluğunu hiss etdirmədi. "Neftçi" lazm qədər material var, əsas odur ki, 11 nəfəri düzgün seçəsən. Cavid İmamverdiyevi bu gün ilk "18-liy"ə gətirmək istəyirdim, amma dünən iki hissə əvəzedici heyətdə oynadı, ona görə gətirmədim. Əlbəttə ki, ona da şans verəcəm. Hamı məndən nəticə tələb edir, mən də karyeramı kiməsə görə qurban verə bilmərəm. Bir çox futbolçumuz sarı vərəqə limitində olmasına baxmayaraq, "Rəvan"la oyunda ancaq gənclərə şans verməyəcəyik, "Sumqayıt" mənə bunu tərgitdirdi. 

 

"Hər şeyin bir qədəri var, 3 dəfə ardcıl çempion olmuşuq, amma bu o demək deyil ki, əlimizi çempionluqdan üzmüşük, həyat davam edir. Hamı ağız dolusu "Qarabağ" deyir, qoy çempion olsunlar. Onları da ilk mən təbrik edcəm" 

Xəbər xətti