Tomiç: "Çəki ilə bağlı problemim yoxdur"

11:30 - 17 Mart 2014

"Bu qələbə bizə "qara zolaq"dan çıxmağımıza kömək edəcək"
 
"Xəzər lənkəran" forması ilə ilk rəsmi oyunuma çıxdım, məncə, debütüm pis alınmadı. Çalışacam, əlimdən gələni edim növbəti oyunlarda əsas heyətin daimi üzvü olum. Çəki ilə bağlı prioblemim yoxdur"
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın qapıçı Vyekeslav Tomiç bildirib. O, "Sumqayıt"la oyun haqqında bunları dilə gətirib:
 
"Bu oyunda qalib gəlmək bizim üçün çox vacib idi., rəqibin futbolçuları sona qədər vuruşdular. Çətinliklə də olsa, üç xalın sahibi olduq. Bu qələbə bizə "qara zolaq"dan çıxmağımıza kömək edəcək. Artıq indidən sonra "Araz naxçıvan"la cavab oyunu haqqda fikirləşməliyik"

Xəbər xətti