"Qarabağ"ın 7-ci böyükhesablı qələbəsi

00:26 - 18 Mart 2014

"İnter" 14 matçdır ki, "Qarabağ"ı məğlub edə bilmir
 
Premyer Liqanın 26-cı turu çərçivəsində “İnter” üzərində 3:0 hesabı ilə qələbə qazanmış “Qarabağ” bir çox əlamətdar məqamlarla yadda qalıb.
 
Sportal.az klub saytına istinadən xəbər verir ki, Corc Leroy mövsümdə səkkizinci qolunu vurduğu halda, Vüqar Nadirov komandanın bu il qola imza atmış ilk azərbaycanlı futbolçusu olub.
 
“Qarabağ” bu il məğlub olmayan ikinci klubu ardıcıl olaraq məğlub etməyi bacardı. Ötən tur “Bakı” məğlubiyyətlə üzləşmişdi. Ağdamlılar “bankirlər”ə məğlubiyyətsiz oyunlar seriyası 14-ə çatdırdı.
 
Bu qələbə “Qarabağ”ın “İnter” üzərində ilk böyükhesablı qələbəsi olduğu halda, mövsümdə yeddinci böyükhesablı qələbəsi idi”.

Xəbər xətti