10 oyunluq cəzalanan baş məşqçi: "Məni heç hakimlərin yanına buraxmadılar"

14:05 - 18 Mart 2014

"90+3-də verilən penalti qərəz idi"
 
AFFA İntizam Komitəsi bugünki iclasında "Mil - Muğan"ın baş məşqçisi Mətləb Məmmədovu "Lokomitiv"lə oyundan sonra hakimləri təhqir vəonlara qarşı fiziki təzyiq göstərdiyinə görə 10 oyunluq cəzalandırıb və stadiona girişinə qadağa qoyulub.
 
Bununla bağlı baş məşqçi ilə əlaqə saxladıq, Məmmədov Sportal.az-a açıqlamasında bunları dilə gətirib:
 
"Bizi cəzalandırırlar, bir hakimlərin də qərarlarına baxsınlar, 90+3 -də olmayan bir penaltini verir, bu penaltini hakim qərəzli şəkildə verib. bu da adamı özündən çıxarır. Qaldı ki, hakimlərə qarşı fiziki təzyiq göstərməyimə, heç məni onun yaxınına da buraxmadılar. Hakimlərin verdiyi qərarlara baxsınlar da, bu qərarlardan sonra komandanı növbəti oyunlara hazırlamaq da olmur. Eyni hakim Tovuzda "Turan-T" ilə oyunda da bizə qarşə qərəzli qərarlar verirdi".
 
Baş məşqçi stadiona giriş qadağasına da toxunub:
 
"Birinci dəfədir ki, belə qərara rast gəlirəm, bəs mən komandamın oyununa haradan baxmalıyım?. Görünür, təzə qaydadır (gülür)". 
 
Qeyd edək ki, bu matçda baş hakim Cəmaləddin Hacıyev idi.

Xəbər xətti