"Qarabağ" "Qəbələ" üçün hazırlaşır

16:22 - 18 Mart 2014

Komanda son məşqinə çıxacaq
 
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Qəbələ"ni qəbul edəcək "Qarabağ" klubu hazırlığını davam etdirir. 
 
Sportal.az xəbər verir ki, komanda günü tək çalışma ilə bitirib oyun saatını gözləyəcək. 
 
Bazar günü Premyer Liqada "İnter"i məğlub edən (3:0) "Qarabağ" dünən yüngül çalışma ilə kifayətlənmişdi.
 
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu saat 17:00-da başlayacaq.
 
Xatırladaq ki, ilk oyun 0:0 hesabıyla başa çatmışdı.

Xəbər xətti