Bəxtsiz hücumçu "Neftçi"dən ayrıldı, yeni klubla anlaşdı

09:42 - 19 Mart 2014

Platye İsveç klubuna transfer oldu
 
Hollandiyanın "Neymegen" klubundan "Neftçi"yə transfer olunan, amma burada ümidləri doğrulda bilməyən Melvin Platye paytaxt təmsilçisindən ayrılıb.
 
Sportal.az Futbolinfo.az-a istinadən xəbər verir ki, bakılılarla müqaviləsi hələ davam edən holland hücumçu bundan sonra karyerasını İsveç çempionatında davam etdirəcək.
 
O, bu ölkənin "Kalmar" klubuna keçib. Azərbaycan çempionu hücumçusunu İsveç klubuna 6 aylığa icarəyə verib. Ümidləri doğruldacağı halda, Platyenin 6 aydan sonra yenidən "Neftçi"yə qayıtması istisna olunmur.
Qeyd edək ki, "ağ-qaralar"ın daha bir legioner futbolçusu - Julius Vobay da Birləşmiş Ərəb Əmirliklərinin "Əl Şabab" klubunda icarə əsasında çıxış edir.

Xəbər xətti