Millimizin ikinci cəhdi

12:10 - 19 Mart 2014

Qızlarımız bu dəfə neçənci olacaq?
 
19 yaşadək qızlardan ibarət milli komandamız 2-ci dəfə “Kuban baharı” turnirinə qatılır. Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının da iştirak edəcəyi yarış sabah start götürəcək.
 
Rusiyanın Soçi şəhərində keçirilən turnirdə 12 komanda mübarizə aparacaq. 10 millinin qatılacağı yarışda meydan sahiblərinin 2 komandası - Rusiya və Krasnodar vilayətinin yığmaları da qoşulub.
 
Komandamız B qrupunda Rusiya, Rumıniya və İsrail milliləri mübarizə aparacaq. Ötən il qrupdan çıxa bilməyən millimiz 1/4 finala vəsiqəni əldə etmək üçün ilk 2 pillədən birini tutmalı və ya 3-cü kimi iki ən yaxşı komandadan biri olmalıdır. Qrup sonuncuları və ən pis göstəriciyə malik 3-cü pillə sahibi isə 9-12-ci yerlər uğrunda dairəvi sistemlə mübarizə aparacaq.
 
Ötən il 3 məğlubiyyətlə qrupda sonuncu olan millimiz sonradan qazanılan qələbə və 1 heç-heçə ilə 9-cu yeri tutub. 

Xəbər xətti