Ölkə kubokunda 1/4 final həyəcanı başa çatdı: "Rəvan", "Neftçi","Qəbələ" və "Xəzər Lənkəran" yarımfinalda

20:55 - 19 Mart 2014

Paytaxt derbisində qalib müəyyənləşmədi
 
Bu gün Azərbaycan kubokunda 1/4 finalın cavab oyunları keçiriləcək.
 
Sportal.az  xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutacaq.
 
Günün ilk qarşılaşmasında "Bakı" və "Rəvan" komandaları üz-üzə gələcək.  İlk görüş 1:0 "bakı"nın xeyrinə başa çatmışdı.
 
Bu mövsüm avrokuboklara vəsiqə qazanmaq ümidini kuboka bağlayan "Xəzər Lənkəran" klubu doğma azarkeşləri önündə "Araz Naxçıvan"la qarşılaşacaq. Səfərdə rəqibi ilə 1:1 bərabərə qalan Mustafa Dənizlinin komandası bu görüşün əsas favoriti hesab olunur.
 
 
"bakcell Arena"da  "Neftçi" və "İnter" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. "Şəfa"da baş tutan görüş 1:1 hesabı ilə nəticələnmişdi. Qeyd edək ki, ilk oyundakı kimi bu oyunu da Əliyar Ağayevin idarə etdiyi hakimlər briqadası idarə edəcək.
 
 
19 mart
 
Azərbaycan kuboku, 1/4 finalın cavab oyunları
 
14:00. “Bakı” – “Rəvan” 0:1 (Penaltilər seriyası 7:8 )
Qol: Elvin Həsənəliyev,85
İlk oyun : 1-0
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
16:00. “Xəzər Lənkəran” – “Araz Naxçıvan” 1:0 
Qol: Etame,25
İlk oyun: 1-1
“Xəzər Lənkəran”mərkəzi şəhər stadionu.
 
17:00. “Qarabağ” – “Qəbələ” 1:2
Qollar: Reynaldo,61 - Subotiç,45, Mendi,82
İlk oyun:  0-0
Tofiq Bəhramov adına Respublika stadionu.
 
19:00. “Neftçi” – “İnter” 0:0 
İlk oyun: 1-1
8-ci km qəsəbə stadionu.

Xəbər xətti