Bəhruz Şirəliyev sevinc hisslərini Sportal.az-la bölüşdü

18:31 - 19 Mart 2014

 

Klub rəsmisi futbolçulara mükafat vəd etdi
 
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsində "Rəvan" "Bakı"nı penaltilərlə məğlub edərək, adını yarımfinala yazdırıb.
 
Komandanın vitse-prezidenti Bəhruz Şirəliyev oyundan sonra Sportal.az-a açıqlama verib: 
 
"Hər kəsi təbrik edirəm. İnandıq və qələbə qazandıq. Futbolçulara görüşüb, onları təbrik etdim. Düzdür, növbəti mərhələyə keçdik. Amma, qarşıda bizi daha çətin oyunlar gözləyir. Ona görə də qarşıdakı oyunlara da hazırlaşıb, qələbə qazanmalıyıq. Klub rəhbərliyi bu qələbəni dəyərləndirib, futbolçular üçün mükafat ayıracaq. Bu mükafat çempionatdakı qələbə zamanı verilən mükafatdan daha çox olacaq. Bizə fərqi yoxdur rəqibimiz "Neftçi" olsun, ya da "İnter". Kim güclüdürsə, o da qalib gəlsin. "

Xəbər xətti