Çempionlar Liqasında 1/4 finalçılar məlum oldu

03:15 - 20 Mart 2014

İspaniyanı bu mərhələdə 3 komanda təmsil edəcək
 
Dünən keçirilən iki oyunla Çempionlar Liqasının bütün 1/4 finalçıları müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, son iki 1/4 finalçı "Mançester Yunayted" (İngiltərə) və "Borussiya" (Dortmund, Almaniya) klubları olublar.
 
Bu komandalardan əvvəl "Bavariya" (Almaniya), "Atletiko" (Madrid, İspaniya), PSJ (Fransa), "Barselona" (İspaniya), "Çelsi" (İngiltərə) və "Real" (Madrid) klubları 1/4 finala vəsiqə qazanmışdılar.
 
Qeyd edək ki, 1/4 finalın püşkü martın 21-də, Bakı vaxtı ilə saat 15:00-da atılacaq. 

Xəbər xətti