"Kim deyərsə Azərbaycanda rahat oynayaram, onda özünü aldadar" MÜSAHİBƏ

18:18 - 20 Mart 2014

Aleksandr İaşvili: "Belə oynasaq "Qəbələ"ni səfərdə məğlub edə bilərik"
 
 
 
“İnter”in aparıcı üzvü Aleksandr İaşvilinin Sportal.az-a müsahibəsi:
 
- “İnter”in kubokda mübarizəni erkən dayandırmasına səbəb nə oldu?
- İlk oyunda “Neftçi”ni məğlub etməliydik. Hər iki oyunu nəzərə alsaq, bizim qol epizodlarımız onlardan çox oldu. Sadəcə, bu fürsətlərdən istifadə etməməyimiz “Neftçi”nin işinə yaradı. Onlar səfərdə vurduğun qolun hesabına yarımfinala adladılar. 
 
- “Neftçi”ni məğlub etmək üçün nə çatmadı?
- Qol. Hər iki oyunda aşkar üstünlük bizdə idi. Bəzən yaxşı oynasan da nəticə qazana bilmirsən. Ona görə də statiskada yaxşı oyun deyil, nəticə qalır. Kubokda mübarizəni erkən dayandırmaqla işimizi daha da çətinə saldıq. Avroliqalara getməyin ən asal yolu kubokdan keçirdi. İndi diqqətimiz çempionata yönəltməliyik. Çünki başqa yolumuz da yoxdur. 
 
- Səncə, “İnter” bu oyunla mükafatçılar sırasında yer ala bilər?
- Niyə də yox? “İnter”in özünəməxsus oyun üslubu var. Əksər komandalar bizlə oyunda çətinlik çəkirlər. Mükafatçılar sırasına düşmək elə də bizə asan olmayacaq.  “Qarabağ” çempion olmağa daha yaxındı. İnanmıram ki, onlar bu şansı əldən qaçırsınlar. Avroliqaya vəsiqə verəcək  2 və ya 3-cü yerlər uğrunda mübarizə 4 komanda arasında gedəcək. Bu komandalardan ikisi “Neftçi” və “Qəbələ” kubokda da mübarizəni davam etdirir. Orada da hələ hər şey bəlli deyil. Bu iki komanda da ehtiyatı əldən verməyəcək. Bütün güclərini həm kuboka həm də cempionata sərf edəcəklər. 
 
- İki gün sonra “İnter”i çətin Qəbələ səfəri gözləyir. Kukokda mərhələ keçmədiyinizi nəzərə alsaq, bu oyuna istənilən kimi köklənə biləcəksiz? 
- Başqa yolumuz yoxdur axı. İstənilən halda qələbə qazanmağa çalışmalıyıq. “Qəbələ”ylə də oyun ağır olacaq. Belə oynasaq "Qəbələ"ni səfərdə məğlub edə bilərik. Əgər mükafatçılar sırasında yer almaq istəyiriksə, onda xal itirmək olmaz. 
 
- “İnter”dəki oyunundan razısan?
- Futbolçu oyunundan razı qalarsa, tez bir zamanda formadan düşər.  “İnter”in uğurları üçün əlimdən gələni edəcəyəm. Digər yandan futbol fərdlərdən ibarət oyun deyil. Burada komanda oyunundan çox şey asılıdır.  
 
- Əksər legionerlər Azərbaycanda rahatlıqla oynayacağını fikirləşirlər. Səndə gələndə belə düşünürdün?
- Xeyr. Ümumiyyətlə, hər bir ölkənin futbola baxışı var. Onların da çempionatlarının öz özəlliyi və üslubu var. Kim deyərsə Azərbaycanda rahat oynayaram, onda özünü aldadar. Burada həm yerli həm də səviyyəli əcnəbi futbolçular var. Gələn futbolçular da yaxşı dərk etməlidirlər ki, Azərbaycan Premyer Liqasında oynamaq elə də asan məsələ deyil. Mən bunun bir daha şahidi oldum. 
 
- Həmyerlilərin Nikolas Gelaşvili və Caba Dvali “Qarabağ”da əsas heyətə düşməkdə çətinlik çəkirlər. Çoxları bu futbolçuların uğursuz transfer olduğunu iddia edirlər. Sən necə düşünürsən?
- Hər ikisi də səviyyəli futbolçudur. Nikolas Gelaşvili yavaş-yavaş özünə gələn anda yenidən zədə aldı. Hücumçuya xas yüksək keyfiyyətləri var. O, sona qədər mübarizə aparmaqla müdafiəçiləri daim təzyiq altında saxlamağı bacarır. Caba Dvali də ondan geri qalmır. Onun da ideal ötürmələri var. Ola bilsin ki, adaptasiya keçməkdə çətinlik çəkirlər. “Qarabağ”ın heyətində güclü futbolçular var. Ola bilsin uyğunlaşma prosesi uzun cəkdiyi   üçün start heyətinə düşə bilmirlər. Elə mən özüm də ilk vaxtlarda komandaya uyğunlaşa bilmirdim. Bir müddət əsas heyətdə yer almadım. Sonra yavaş-yavaş özümə gəldim. Belə şeylər hər bir futbolçunun başına gələ bilər. Həmyerlilərim olduğuna görə demirəm, hər iki futbolçunun da “Qarabağ”a xeyir verəcəyinə inanıram.                                                       

Xəbər xətti