Zaur Tağızadəni xatırlatdı, qələbədə pay sahibi oldu VİDEO

13:36 - 21 Mart 2014

"Rəvan" inamlı qələbə qazandı

 

U-13 Liqasında növbəti turun oyunları keçirilib. Paytaxtda təşkil olunan oyunlarda "Rəvan" "Vətən" komandası ilə üz-üzə gəlib.

 

Uşaq futbolunun təbliğatına xüsusi yer ayıran sportal.az saytı bu oyunu da diqqətdən qaçırmayıb. "Rəvan"ın inamlı qələbəsi ilə sona çatan oyunda komandanın üzvü Nicat Əliyev diqqətləri üzərinə cəlb edib. Sağ cinahda sürətli keçidləri ilə seçilən 7 nömrə oyun tərzinə görə Zaur Tağızadəni xatırladıb.

 

Qeyd edək ki, "Rəvan"ın heyətində Nicat Əliyev, Seyran Fərəcov və Nazim Əhmədov fərqlənib. 

 

Sportal.az oyundan ən maraqlı görüntüləri təqdim edir. 

 

Xəbər xətti