"Azərbaycanda futbol elədir ki ..."

00:02 - 22 Mart 2014

Anar Nəzirov: "Şans gözləyirik ki, nəyə qadir olduğumuzu göstərək"
 
"Bu oyunda şans verdilər, mən də əlimdən gələni etdim ki, özümü doğruldum. Əsas o idi ki, qalib gəlib növbəti mərhələyə yüksəldik. Komandada 4 qapıçı var, biz da şans gözləyirk ki, nəyə qadir olduğumuzu çıxıb göstərək"
 
Bu sözləri "Qarabağ"la matçda "Qəbələ" forması ilə mövsümdə ilk rəsmi oyununa çıxan qolkiper Anar Nəzirov Sportal.az-a açıqlamasında bildirib. O, kubokda qarşılaşacaqları "Xəzər Lənkəran"la qarşılaşmalara da şərh verib:
 
"Xəzər Lənkəran" da güclü rəqibdir. Amma Azərbaycanda futbol elədir ki, çıxıb meydanda oynamasan, nəsə demək çətindir. Bu oyunlarda da qələbə üçün meydanda vuruşacağıq"

Xəbər xətti