"Araz Naxçıvan"dan növbəti darmadağın

17:34 - 22 Mart 2014

Fərid Quliyevdən növbəti qol
 
Azərbaycan I Divizionunun 22-ci turu çərçivəsində "Araz-Naxçıvan" doğma arenada MOİK-i qəbul edib.
 
Sportal.az xəbər verir ki, ilk dəqiqələrdən hücuma atılan meydan sahibləri elə istəyinə 20-ci dəqiqədə çatıb. Akif Tağıyev qapıçıdan qayıdan topa başla toxunaraq hesabı açdı. Azarkeşlər ikinci hissədə "Araz Naxçıvan"ın ifasında daha iki qolun şahidi olublar. 64-cü dəqiqədə sağ cinahdan Azər Məmmədovun asmasını Elmin Çobanov başla qapıdan keçiirib - 2:0. 85-ci dəqiqədə isə meydanda sonradan daxil olan Fərid Quliyev oyunda son nöqtəni qoyub 3:0. Bununla, xalını 59-a yüksəldən "Araz-Naxçıvan"ın vahid liderliyi davam edir.

Xəbər xətti