"Çelsi" - "Arsenal" 6:0 VİDEO

21:08 - 22 Mart 2014

"Topçular" paramparça oldu
 
Bu gün İngiltərə Premyer Liqasının 31-ci turunda London derbisi baş tutub.
 
Sportal.az xəbər verir ki, “Çelsi”  doğma azarkeşləri önündə “Arsenal”ı qəbul edib.
 
Oyundan əvvəl Joze Mourinyo ilə Arsen Venger bir-birinin ünvanına səsləndirdiyi açıqlamaların  bu matça əlavə rəng qatacağı gözlənilirdi.
 
Matç başlayandan “Çelsi” üstünlüyü ələ alıb və rəqibini darmadağın edib – 6:0. Bu isə hər iki komanda arasındakı oyunlarda rekord göstəricidir. 
 
31 oyundan 69 xal toplayan “Çelsi” liderliyi qoruyur. 29 oyundan 62 xalı olan “Liverpul” ikinci, eyni xala malik, lakin 30 oyun keçirən “Arsenal” isə üçüncü pillədədir.
 

Xəbər xətti