Millimiz yenə darmadağın oldu

22:30 - 22 Mart 2014

Rusiyadan 3 cavabsız top
 
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Soçidə təşkil olunan “Kuban baharı” turnirində ikinci oyununu keçirib.
 
Sportal.az xəbər verir ki ,B qrupunda mübarizə aparan komandamız İsrail millisinin ardından Rusiya futbolçularına da məğlub olublar.
 
Şimal qonşularımız yığmamızın qapısından 3 cavabsız top keçiriblər. Qrupumuzun digər matçında isə israillilər Rumıniya üzərində 1:0 hesablı qələbəyə seviniblər.

Xəbər xətti