Əliyev yenidən "Qarabağ"ın oyununda, turun mərkəzi qarşılaşması Cabbarova tapşırıldı

12:07 - 23 Mart 2014

Əliyar Ağayev "Xəzər Lənkəran" - "Simurq" matçında
 
Premyer Liqanın 27-ci turunun oyunlarını idarə edəcək referilər müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, turun mərkəzi oyunu sayılan “Qəbələ” – “İnter” matçını Rauf Cabbarov idarə edəcək.
 
“Xəzər Lənkəran” - “Simurq” matçı Əliyar Ağayevə, AZAL – “Bakı” matçı isə digər bir FİFA referisi Rəhim Həsənova tapşırılıb.
 
Ramil Diniyev “Rəvan” – “Neftçi” matçında fit çalacaq. Son vaxtlar qalmaqalların mərkəzində dayanan Vüsal Əliyev isə “Qarabağ” – “Sumqayıt” matçını idarə edəcək.

Xəbər xətti