"Qarabağ" "Sumqayıt"ı 4 dəqiqəyə məğlub etdi YENİLƏNİB

18:49 - 23 Mart 2014

Bölgə derbisində "Xəzər Lənkəran", yoxsa "Simurq" sevinəcək?
 
Bu gün Premyer Liqada 27-ci turun oyunları keçiriləcək.
 
Sportal.az xəbər verir ki, beş oyunun hamısı eyni gündə baş tutacaq.
 
Turun ilk və mərkəzi görüşü Qəbələdə baş tutacaq. Burada yerli "Qəbələ" Bakının "İnter" klubunu qəbul edəcək. Bu matçın start fitindən bir saat sonra "Xəzər Lənkəran"  - "Simurq" görüşü başlayacaq. 
 
Digər qarşılaşmada "Bakı" AZAL-ın qonağı olacaq. Qeyd edək ki, AZAL yeni baş məşqçisi Tərlah Əhmədovla ilk sınağına çıxacaq.
 
 Turnir cədvəlinin vahid lideri "Qarabağ" öz meydandanında autsayder "Sumqayıt"ı qəbul edəcək. 
 
23 mart
 
15:00. "Qəbələ" - "İnter" 1:4 
Qol: Baçana Sxadadze, 14, Mikel Alvaro, 46, 54, Matya Spiçiç, 57, Viktor Mendi, 88
Qəbələ şəhər stadionu.
 
16:00. "Xəzər Lənkəran" - "Simurq" 1:3 
Qol: Rəşad Eyyubov, 17, Stepan Polyak, 22, Nildo, 74, Anderson Olviyera, 85,
“Xəzər Lənkəran” mərkəzi stadionu.
 
16:00. AZAL - "Bakı" 1:2
Qol: Yura Travner, 30, Con Oluremi, 40, Ailton (öz qapısına), 47,
Bakı. “AZAL Arena”.
 
17:00. "Qarabağ" - "Sumqayıt" 3:0 
Qol: Reynaldo Silva, 70,72, Almeyda 74,
Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbər xətti