Hacıyev: "Sadiqov "Xəzər Lənkəran"la oyunda əsas komandada olmayacaq"

19:05 - 23 Mart 2014

"Əlimizə düşən fürsətlərin cəmi birindən istifadə edə bildik"

 

"Deməli, iki hissə hücum etdik, əlimizə düşən fürsətlərin cəmi birindən istifadə etdik. 1:0 hesabı sürüşkəndir, gərgin oyun oldu. "Rəvan" kubok oyunundan sonra yüksək motivasiya sahib idilər, sadəcə rəqib kubokda bizdən fərqli olaraq 120 dəqiqə oynamışdı. Əsas olan üç xal idi, onu da qazandıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Rəvan" qalibiyyətindən sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev bildirib. O, həmçinin Rəşad Sadiqovun durumuna da aydnlq gətirib:

 

"Rəşad Sadiqov əvəzedicilərdə oyunlarqa başlad, bildiyim qədər də yaxşı oynayıb. Belə getsə, tezliklə sıraya qaydacaq, amma "Xəzər Lənkəran"la oyunda çətin əsas komandada olsun. Bahodır Nasimov əzələsini dartıb, növbəti oyunda oynayıb-oynamayacağ dəqiq bilinmir. Cavid İmamverdiyev də hələ pik nöqtəsində deyil, amma bu gün öz oyunu ilə gözə çarpırdı"

Xəbər xətti