Qurban Qurbanov: "Futbolçularda yorğunluq hiss olunurdu"

20:45 - 23 Mart 2014

 

"İkinci hissənin ortalarında rəqib yoruldu"
 
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın  27-ci turu çərçivəsində keçirilmiş oyunda komandasının öz meydanında “Sumqayıt” üzərində 3:0 hesablı qələbəsini şərh edib.
 
Sportal.az xəbər verir ki, Qurbanov bunları söyləyib:
 
“Bizim üçün vacib oyun idi. Ağır qrafiklə oynayırıq. Futbolçularda yorğunluq hiss olunurdu. Oyun intizamımızı sona kimi pozmadıq və qələbə qazandıq. “Sumqayıt”ın öz oyun üslubu var. Sürətli əks-hücumlar qururlar, topla yaxşı davranırlar. İlk hissədə bir neçə qol imkanları oldu. Son vaxtlar bütün komandalar üçün təhlükəli rəqibdirlər. Buna baxmayaraq, bu hücumların qarşısını aldıq və ikinci hissənin ortalarında rəqib yoruldu. Yaranmış boşluqlardan istifadə etdik və 3 qol vurduq. “Sumqayıt”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.

Xəbər xətti