"Neftçi"yə öz səhvimizdən uduzduq"

13:00 - 24 Mart 2014

Novruz Məmmədov: "Düşünmürəm ki, “Neftçi” bizdən üstün oynadı"
 
“Kubokdan sonra çempionata köklənməli idik. Bunu bacarsaq da, öz səhvimizdən uduzduq. Düşünmürəm ki, “Neftçi” bizdən üstün oynadı. Başabaş mübarizə apardıq. Sadəcə, şansından daha yaxşı istifadə edən tərəf qələbə qazandı”.
 
Bu sözləri Sportal.az-a açıqlamasında “Rəvan” klubunun kapitanı Novruz Məmmədov deyib. Dünən “Neftçi”nin “Rəvan”ı 1:0 hesabı ilə məğlub etdiyi matçın sonlarında zədə alaraq, meydançadan çıxan Məmmədov zədəsi ilə bağlı da danışıb:
 
“Zədəm ciddi deyil. Sadəcə, müəyyən yükləmə var. Qarşıdakı oyuna qədər hazır vəziyyətə gələcəyəm”.

Xəbər xətti