Millimiz nəinki qələbə, heç qol da vura bilmir

14:06 - 24 Mart 2014

Ruminiya yığma komandamıza rəhm etmədi
 
Bu gün Soçidə gənc qadınlardan ibarət yığma komandalar arasında ənənəvi “Kuban baharı” turnirinin üçüncü oyun günü keçirilib.
 
Sportal.az xəbər verir ki, “B” qrupunda yer almış millimiz Rumıniya yığması ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.
 
Qrupda sonuncu yeri tutmuş yığma komandamız 9-11-ci yerlər uğrunda mübarizə aparacaq.
 
Xatırladaq ki, əvvəlki iki oyunda millimiz İsrail (0:1) və Rusiya yığmasına (0:3) məğlub olmuşdu.

Xəbər xətti