"Arsenal"ın futbolçusu da bağışlandı

12:19 - 25 Mart 2014

Qibbsin qırmızı vərəqəsi ləğv olundu
 
İngiltərə Futbol Assosiasiyası ötən həftə keçirilən "Çelsi" - "Arsenal" (6-0) qarşılaşmasında baş hakimin "Arsenal"ın futbolçusu Kiran Qibbsə verdiyi qırmızı vərəqəni ləğv edib.
 
Sportal.az xəbər verir ki, həmin qırmızı vərəqə "Arsenal"ın digər futbolçusu Oksled Çemberlenə göstərilməli idi. Ancaq, hakim futbolçuları səhv saldığından, Qibbs oyundan qovulmuşdu. Federasiya Çemberlendə də heç bir cəza verilməməsini qərarlaşdırıb. Hər iki futbolçu bu gün "Suonsi" ilə matçda meydanda olacaq.
 

Xəbər xətti