Abışov "Rubin"dən ayrılır !

11:23 - 26 Mart 2014

Futbolçunun transfer qiyməti açıqlandı
 
Millimizin yarımmüdafiəçisi Ruslan Abışov “Rubin”dən getməyə yaxındır.
 
Sportal.az xəbər verir ki, müdafiə və dayaq zonasında oynaya bilmək bacarığı ilə fərqlənən futbolçumuz komandanını heyətinə düşə bilməməsindən narazıdır.
 
Abışovu “Rubin”ə Berdıyev çağırmışdı. Bilyaletdinovun vaxtında isə ona heyətdə yer tapılmır. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts isə Abışovun Kazan komandasında oyun təcrübəsinin yoxluğunu anlaya bilmir. Abışovun daha il yarım müqaviləsi var. Futbolçunun transfer qiyməti isə 400 min avrodur.

Xəbər xətti