"Barselona" yeni transferi ilə 5 illik müqavilə imzaladı

22:55 - 27 Mart 2014

Haliloviç rəsmən Kataloniya təmsilçisində
 
İspaniyanın "Barselona" klubu Zaqreb "Dinamo"sunda forma geyinən Alen Haliloviçin keçidini rəsmi olaraq açıqlayıb.
 
Sportal.az xəbər verir ki, gənc futbolçu ilə 5 illik müqavilə imzalanıb. Oyunçu katalon klubunun əvəzedici heyətində çıxış etməklə əsas komandaya düşə biləcək. Haliloviçin transferi qiyməti 2,2 milyon avro açıqlanıb. Əgər o əsas heyətə düşə bilsə, bu məbləğ artacaq.

Xəbər xətti