"Neftçi" - "Xəzər Lənkəran" oyunun biletləri satışa çıxarılmayacaq

00:42 - 28 Mart 2014

 

Biletləri necə əldə etmək olar ?
 
Hesabat turunda “Neftçi” – “Xəzər Lənkəran” oyunu keçiriləcək.
 
Sportal.az xəbər verir ki, bu oyuna qonaq komandanın azarkeşi buraxılmayacaq. Bütün mümkün ehtimalları nəzərə alan “Neftçi” stadionun kasallarında bilet satışına qadağa qoyub və biletlər yalnız klubun azarkeş qruplarına veriləcək. Bəs fan-klub üzvü olmayan azarkeş bu oyuna bileti necə əldə etsin?. Belə azarkeşlər yalnız fan-klublara müraciət edərək oyunu canlı olaraq stadiondan izləyə bilərlər.
 
Qeyd edək ki, fan klublar üçün 2000 bilet ayrılıb.

Xəbər xətti