"Qəbələ"nin hollandiyalı futbolçusu "Qarabağ"la matçı buraxa bilər

15:36 - 28 Mart 2014

Komandada bir zədəli geri döndü

 
Martın 30-u Premyer Liqanın 28-ci turunda "Qarabağ"la qarşılaşacaq "Qəbələ" doğma məkanda hazırlıqları tamamlayaraq paytaxta yola düşüb.
 
Sportal.az xəbər verir ki, komandanın Qəbələdə son məşqi bu gün səhər saatlarında baş tutub.  "Qırmızı-qaralar" qarşılaşma öncəsi son məşqinə sabah saat 12:00-da "Qarabağ"ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına mərkəzi stadionda çıxacaq.
 
Komanda Bakıya üç itki ilə - zədəlilər İbrahima Niasse, Nikola Valentiç və Omar Kalabanesiz  yollanıb. Digər zədəli Lorenzo Ebesilionun durumuna oyun günündə aydınlıq gələcək. Zədəsi sağalan qapıçı Dieqo Kosta Silva isə artıq kollektivə qoşulub.
 
Xatırladaq ki, matç martın 30-u saat 18:00-da start götürəcək və "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər xətti