"Mançester Yunayted" - "Aston Villa" 4:1 VIDEO

19:20 - 29 Mart 2014

"Mankunianlar"dan inamlı qələbə  

 

İngiltərə çempionatında 32-ci tura start verilib. Turun açılış matçında “Mançester Yunayted” doğma divarlar arasında “Aston Villa”nı qəbul edib. 13-cü dəqiqədə Vestvud qonaqları hesabda irəli çıxarıb. Lakin 7 dəqiqə sonra Runi hesaba tarazlıq gətirib. Fasilə ərəfəsində penalti zərbəsini dəqiq yerinə yetirən Runi həm özünün, həm də “Mançester Yunayted”in ikinci qolunu vurub. 57-ci dəqiqədə Mata meydan sahiblərinin üstünlüyünü bir qədər də artırıb. Son nöqtəni isə 90-cı dəqiqədə X. Ernandes qoyub 4:1.

 

“Mançester Yunayted”:De Xea, Byuttner, Vidiç, Cons, Rafael ( Kerrik, 46), Fellayni, Kaqava (Yanuzay, 68), Eşli Yanq, Fletçer, Mata, Runi ( X. Ernandes, 75)

 

“Aston Villa”:Hyuzan, Bertran, Klark, Vlar, Delf, Bakuna, Olbrayton (Louton, 78),  Vestfud, Aqbonlahor (Tonev, 71), Benteke, Vaynmann 

 

Xəbər xətti